Üç karateçimiz Avropa Oyunlarının yarımfinalında

Üç karateçimiz Avropa Oyunlarının yarımfinalında
  13 İyun 2015    Oxunub:2213
Karateçilərimiz Avropa Oyunlarına uğurla başlayıb və artıq ilk yarışlarda bir neçə qələbə qazanılıb.
AzVision.az məlumatına görə, kişilər arasında 60 kq çəki dərəcəsində A qrupunda çıxış edən karateçimiz Firdovsi Fərzəliyev ilk qarşılaşmada ispaniyalı Matias Qomes Qarsiyanı 2:0 hesabı ilə məğlub edib.

Daha sonra Fərzəliyev 4:2 hesabı ilə italiyalı Luka Mareskə, 6:0 hesabı ilə isə albaniyalı Halil Marqeşə qalıb gələrək yarımfinalda iştirak hüququ qazanıb.

67 kq çəki dərəcəsində A qrupunda mübarizə aparan karateçimiz Niyazi Əliyev ilk olaraq 2:0 hesabı ilə gürcüstanlı İrakli Tkebuçava qalib gəlib. Daha sonra karateçimiz fransız Stevan Da Kostanı 3:1, ispaniyalı Manuel Rosero Ruisi isə 2:0 hesabı ilə məğlub edib.

Qadınlar arasında 55 kq çəki dərəcəsində B qrupunda mübarizə aparan yığmamızın üzvü İlahə Qasımova birinci döyüşdə 4:0 hesabı ilə Lüksemburq idmançısı Cenni Varlinqə qalib gəlib. Karateçimiz ikinci görüşündə 1:0 hesabı ilə türkiyəli Tuba Yakanlaya qalib gəlib.

Hər üç karateçimiz Avropa Oyunlarının yarımfinalına vəsiqə qazanıb.

Azvision.az


Teqlər:





Xəbər lenti