`Ərdoğan Bakıda bütün Avropanı əvəz etdi` - Putindən dünyaya mesaj
Bu barədə AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir.
Rusiya tərəfdən görüşdə prezidentin köməkçisi Yuriy Uşakov, xarici işlər naziri Sergey Lavrov, energetika naziri Aleksandr Novak, Rusiya Atom idarəsinin rəhbəri Sergey Kirienko, “Qazprom”un rəhbəri Aleksey Miller iştirak edib.
Fotosessiya zamanı prezidentlər yalnız Avropa Oyunlarının açılışı ilə bağlı öz təəssüratları ilə bölüşüblər.
Ərdoğan vurğulayıb ki, Avropa Oyunlarının açılış mərasiminə Avropa İttifaqı (Aİ) liderlərindən heç kim gəlməyib.
“Avropa İttifaqına daxil olmaq istəyən namizəd kimi Türkiyə mərasimdə bütün Aİ-ni təmsil edib”, - deyə Putin Ərdoğana cavab verib.
Putin və Ərdoğan açılış mərasiminin gözəl, parlaq olduğunu bildirib, həmçinin öz ölkələrinin idmançıları və ev sahibi Azərbaycana uğurlar arzulayıblar.
Eldar Tanrıverdiyev
Azvision.az