Rusiyadan Azərbaycana qaz xəbərdarlığı

Rusiyadan Azərbaycana qaz xəbərdarlığı
  09 İyun 2015    Oxunub:3269
Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Türkmənistanı birləşdirəcək, sonra isə qazı Cənub Dəhlizi vasitəsilə Avropaya çatdıracaq Transxəzər qaz kəmərinə qarşı çıxıb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

Rusiya və İran aktiv şəkildə buna qarşı çıxaraq bəyan edirlər ki, belə bir kəmərin Xəzər dənizinin dibi ilə çəkilməsi üçün Xəzəryanı ölkələrin hamısının razılığı olmalıdır.

Bununla əlaqədar Lukaşenko vurğulayıb ki, Transxəzər qaz kəmərinin tikintisi ilə bağlı birtərəfli hərəkətlər Xəzər hövzəsi ölkələri arasında inamın pozulmasına səbəb ola bilər. Rəsmi Moskvanın fikrincə, qaz kəmərinin tikintisi layihəsinin siyasi dividendlər gətirəcəyini vəd edən lobbiçilər məhz buna nail olmaq istəyir.

Lukaşeviç qeyd edib ki, ötən il Həştərxanda keçirilən sammitdə beş ölkənin lideri vurğulayıb ki, yalnız sahilboyu dövlətlər Xəzər dənizinə aid vacib qərarları qəbul etmək iqtidarındadırlar.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti