Rusiyada azərbaycanlı narkobaronlara 60 il həbs - VİDEO

Rusiyada azərbaycanlı narkobaronlara 60 il həbs - VİDEO
  09 İyun 2015    Oxunub:3018
Rusiyanın Çusovsk məhkəməsi üzərilərində 500 kiloqramdan çox narkotik müsadirə olunan bir qrup narkotik taciri barədə qərar qəbul edib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ötən ilin mart ayında hüquq mühafizə orqanları əməkdaşları Perm və Çusov şəhərlərində narkotik ticarəti ilə məşğul olan şəxsləri tutub.

Narkotiklərin əsas anbarı cinayətkarların Çusov şəhərində kirayə götürdüyü evdə olub. Polislər evin çardağında içərisi marixuana ilə dolu ümumi çəkisi təxminən 470 kiloqram olan 22 kisə, evin zirzəmisində isə 62 kiloqram həşiş aşkarlayıblar.

Aşkarlanan maddi sübutlar əsasında məhkəmə cinayətkarlar - Azərbaycan vətəndaşları Əliyev A, Mehrəliyev E və Şirinov N 20 il müddətinə azadlıqdan məhrum edib. Həmyerlilərimiz cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkəcəklər.



Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti