Türmədən film kimi qaçış - Fotolar

Türmədən film kimi qaçış - Fotolar
  09 İyun 2015    Oxunub:5574
ABŞ-ın Nyu-York ştatındakı ciddi rejimli türmədən iki məhbus qaçıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, ömürlük cəzaya məhkum olmuş məhbuslar Devid Svet və Riçard Met qaldıqları kameradan mexaniki cihazlarla yeraltı keçid qazaraq tunellər vasitəsilə qaçmağa nail olublar.

Cinayətkar Devid və Riçard tuneldə onları axtaranlar üçün üzərində “smayl” olan kağız parçası qoyublar. Kağızın alt hissəində `Xoş günlər` ifadəsi yazılıb.

Hökümət qüvvələri təhlükəli cinayətkarların tutulmasına yüz min dollar mükafat təyin edib.
Hazırda onların axtarışına iki yüzə yaxın polis və vertolyotlar cəlb edilib.

Qeyd edək ki, bu günə kimi yüksək səviyyədə qorunan Klinton türməsi XIX əsrdən bu yana 150 ildir ki, fəaliyyətdədir və Kanada ilə sərhəddə yerləşir. Buna görə qaçanların sərhədi aşaraq Kanadaya keçməsi də ehtimal edilir.

Qalereya




Teqlər:  





Xəbər lenti