Kredit reklamları qadağan olunur
Qanun layihəsinə əsasən kredit və borcların reklamının yayılmasına görə cərimələr tətbiq olunacaq. Fiziki şəxslər üçün cərimənin miqdarı 5 min rubl, fərdi şəxslər üçün 50 min rubl, hüquqi şəxslərin üçün isə bir milyon rubla qədər cərimənin tətbiq olunması nəzərdə tutulur.
Banklar öz xidmətlərini yalnız öz ofis və filiallarında reklam edə bilərlər.
Bildirilir ki, böhran vaxtı istehlak kreditlərinin küçə, televiziya və radio, SMS-göndərmələr, vərəqələr, elanlarla reklamı kütləvi sosial təxribat xarakteri alıb.
Eldar Tanrıverdiyev
Azvision.az