Qərar: DÇ Rusiya və Qatardan alınmayacaq
“FİFA Rusiya və Qətərin Dünya Kubokuna ev sahibliyinin ləğv edilməsinə əsas görmür. Hər iki ölkə FİFA-nın İcraiyyə Komitəsində demokratik səsvermə yolu ilə seçilib. Mövcud ekspert rəyləri və faktlara söykənərək bildiririk ki, FIFA-nın Rusiya və Qətəri Dünya Kubokuna ev sahibliyindən məhrum etməyə heç bir hüquqi əsası yoxdur" – bəyanatda deyilir.
Qeyd edək ki, bundan əvvəl FİFA rəsmisi Domeniko Skala bəyan etmişdi ki, korrupsiya halları sübuta yetirilərsə, Rusiya və Qətər 2018 və 2022-ci illərdə ev sahibliyi edəcəkləri dünya çempionatından məhrum edilə bilərlər.
Teqlər: