Təyyarə arıya görə məcburi endi

Təyyarə arıya görə məcburi endi
  09 İyun 2015    Oxunub:2096
Sauthempton-Dublin reysini yerinə yetirən təyyarə hava gəmisinin xarici hissəsində cihaza düşmüş həşərata görə aeroporta qayıtmağa məcbur olub.
Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, "Flybe" şirkətinə aid olan təyyarənin pilotu texniki nasazlıq haqqında xəbər verib. Ona Sauthemptonda eniş etməyə icazə verilib.

Aeroportda müayinə zamanı mühəndislər problemin səbəbinin arı olduğunu aşkar ediblər.

Təyyarənin ekipajı geçikməyə görə sərnişinlərdən üzr istəyib.


Teqlər:





Xəbər lenti