Qərb Rusiyaya qarşı sanksiyaları gücləndirir

Qərb Rusiyaya qarşı sanksiyaları gücləndirir
  09 İyun 2015    Oxunub:1493
Böyük Yeddiliyə daxil olan ölkələrin liderləri Rusiyanın Krım və Ukraynanın şərqində hərəkətlərini pisləyib və lazım gələrsə, ona qarşı sanksiyaların artırıla biləcəyini deyiblər.

Bu barədə Almaniya Kansleri Angela Merkel Böyük Yeddiliyin Bavariyada keçirilən iki günlük sammitinin nəticələrinə dair mətbuat konfransında bildirib.

"Biz Krımın, beynəlxalq hüquqa zidd olan işğalını yekdilliklə pisləyirik. Biz bəyan edirik ki, Ukraynanın cənub-şərqində münaqişəni Minsk razılaşmasına əsaslanaraq, siyasi yolla həll etmək mümkündür", xanım Merkel deyib.

Ukrayna münqaşəsinin sülh yolu ilə həllinə dair razılaşma fevralın 12-də danışıqlar zamanı əldə edilib.

"Biz razılaşırıq ki, sanksiyaların qaldırılması Minsk müqaviləsinin həyata keçirilməsinə bağlıdır və lazım gələrsə, baxmayaraq ki, biz bunu istəmirik, biz sanksiyaların gücləndirilməsinə hazırıq. Ancaq biz düşünürük ki, Minsk razılaşması əsasında siyasi prosesi inkişaf etdirmək üçün hər şey etməyə hazırıq", Merkel əlavə edib.

Bundan öncə Angela Merkel və ABŞ prezidenti Barak Obama Rusiyaya qoyulmuş sanksiyaları ləğv etməmək barədə razılaşıblar.

Rusiyaya qarşı sanksiyalar bir neçə mərhələdə ABŞ, Avropa İttifaqı və bir neçə digər ölkə tərəfindən ötən il tətbiq olunub.

Belə qərara səbəb ötən il Krımın Rusiyaya birləşdirilməsi və bundan sonra Donbassda başlayan müharibə olub. (bbc)


Teqlər:





Xəbər lenti