Ərdoğan Davudoğluna 45 gün vaxt verdi

Ərdoğan Davudoğluna 45 gün vaxt verdi
  09 İyun 2015    Oxunub:2684
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlament seçkilərində ən çox səs toplayan hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki baş nazir Əhməd Davudoğluna yeni hökuməti qurması üçün 45 gün vaxt verib.
AzVision.az xəbər verir ki, yeni hökumətin qurulması prosesinə deputatlar and içdikdən sonra başlanacaq.

Belə ki, seçkidə qalib gələn deputatlar bu həftədən etibarən Türkiyə Böyük Millət Məclisinə gələrək qeydiyyatdan keçəcəklər.

Davudoğlu yeni hökuməti qurmaq üçün isə rəqidləri - CHP, MHP və HDP ilə təmasda olub, razılığa gəlməlidir. Əks təqdirdə, yeni hökumət 45 günə qurulmasa yenidən seçkilər keçiriləcək.

Qeyd edək ki, İyunun 7-də Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə hakim Ədalət və İnkişaf Partiyası (AKP) qələbə qazansa da, təkbaşına iqtidar formalaşdırmaq üçün tələb olunan səsi toplaya bilməyib.

Ölkənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyası (CHP) isə seçkilərdə ikinci yerdə qərarlaşıb. Milliyyətçi Hərəkat Partiyası (MHP) isə səslərini 3 faiz artırıb.

PKK-nın siyasi qanadı Xalqların Demokratik Partiyasının (HDP) 10 faizlik barajı aşıb. AKP yetərli səs yığa bilmədiyinə görə, Türkiyədə koalisiya hökumətinin qurulması gündəmə gəlib.

AzVision.az


Teqlər:  





Xəbər lenti