1-ci kanalda `Bakı-2015`lə bağlı sujet

1-ci kanalda `Bakı-2015`lə bağlı sujet
  09 İyun 2015    Oxunub:1329
Belarus dövlət televiziyasının 1-ci kanalında ilk Avropa Oyunları və bu ölkədən olan idmançıların yarışlara hazırlığı barədə süjet yayımlanıb.
Süjetdə idmanın 20 növü üzrə 6 mindən çox atletin iştirak edəcəyi ilk Avropa Oyunlarının açılış mərasiminin iyunun 12-də keçiriləcəyi bildirilib.

Qeyd olunub ki, iyunun 28-dək davam edəcək yarışlarda, həmçinin 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq mümkündür.

Diqqətə çatdırılıb ki, Belarus bu yarışlarda 150 idmançıdan ibarət heyətlə iştirak edəcək. İdmançıların birinci qrupu iyunun 10-da Bakıda olacaq.

Bir neçə gün əvvəl Belarus nümayəndə heyətinin təntənəli təqdimat mərasimi təşkil edilmişdi. (Azərtac)


Teqlər:





Xəbər lenti