Yeni doğulmuş körpəni manqalda yandırdılar
Vəziyyəti ört basdır etmək istəyən ailə qızın uşağı abort etdirməsi üçün təzyiq göstərib. Ancaq buna baxmayaraq qız fikrindən dönməyib və uşaq dünyaya gətirmək istəyib. Ailə isə qəti olaraq bu uşağın dünyaya gəlməsini istəməyib və məcburi olaraq qıza dərman içirdib.
Qız dərmanları içməkdən də imtina edib. Bundan sonra isə ailə 6 saat davam edən işgəncə ilə körpənin ölümünə səbəb olub. Qız baş aşağı tutuaraq sallandırılıb. Ailə üzvləri daha sonra onun qarınına saatlarla təpik vurub. Acı içində yerdə qıvrılan qızın səsi çıxmasında deyə ağzını yastıqla bağlayıblar. Əvvəl qusan, sonra qanama keçirən qız körpəsini ölü olaraq dünyaya gətirib.
Vəhşilik bununla da bitməyib. Ailə vəziyyətin başa düşülməməsi üçün körpənin cəsədini manqalda yandırıb.
(Ans)
Teqlər: