Ərdoğan Bakıda Putinlə görüşəcək

Ərdoğan Bakıda Putinlə görüşəcək
  08 İyun 2015    Oxunub:1979
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyun ayının 12-i Azərbaycana gələcək.

AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Azərbaycan Türkiyədə keçirilən parlament seçkilərindən sonra Ərdoğanın səfər edəcəyi ilk ölkə olacaq.

Ərdoğanın Bakıda keçiriləcək ilk Avropa Oyunlarının açılış mərasiminə də qatılacaq. O, həmçinin azərbaycanlı həmkarı İlham Əliyevlə də görüşəcək.

Rusiya prezidentinin köməkçisi Pavel Uşakov mətbuata açıqlamasında bəyan edib ki, Bakıda açılış mərasimi çərçivəsində Ərdoğan və Putin görüşü də baş tuta bilər. Artıq tərəflər mümkün görüşlə bağlı hazırlıq işlərinə də başlayıblar.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti