Putin Ərdoğanı təbrik etdi

Putin Ərdoğanı təbrik etdi
  08 İyun 2015    Oxunub:1398
Rusiya prezidenti Vladimir Putin Ədalət və İnkişaf partiyasının (AKP) seçkilərdə qalib gəlməsi münasibətilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb.

“Liderlər ikitərəfli əməkdaşlığın aktual məsələlərini, energetika sahəsində birgə iri layihələrin reallaşdırılması ilə bağlı problemləri, həmçinin bu ilin dördüncü rübündə Kazanda baş tutacaq Rusiya və Türkiyə Şurasının 6-cı iclası ilə əlaqədar hazırlıqları müzakirə ediblər”, - deyə Kremlin yaydığı məlumatda vurğulanır.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti