Putin əvvəl İtaliyaya, sonra Bakıya gələcək

Putin əvvəl İtaliyaya, sonra Bakıya gələcək
  08 İyun 2015    Oxunub:3276
Rusiya prezidenti Vladimir Putin bu həftənin sonu Azərbaycana səfər edəcək.

AzVision.az `TASS` agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

“Bu həftə prezident İtaliyaya səfər edəcək. Həftənin ikinci yarısı, sonların yaxın isə Azərbaycana gedəcək”, - deyə Kreml rəsmisi vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putin Azərbaycanda keçiriləcək I Avropa Oyunlarını yayımlamadıqlarına görə rus telekanallarının rəhbərlərini sərt şəkildə tənqid etmişdi.

İyunun ikisi bədən tərbiyəsi və idmana həsr edilən yığıncaqda Putin bildirmişdi: “İndicə mənə Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov bildirdi ki, Rusiyanın heç bir kanalı Azərbaycanda keçiriləcək I Avropa Oyunlarını yayımlamaq istəmir. Axı bu, necə ola bilər? Bu yarış dünya səviyyəsində olan bir yarışdır. Mən anlayıram büdcə vəziyyəti ilə əlaqədar məhdudiyyətlər var. Lakin vacib məsələlər var. Bu dünya idman tarixinə düşəcək bir hadisədir. Tarixdə ilk Avropa Olimpiya Oyunlardır”.

Bundan bir gün sonra isə Rusiya televiziya kanalları Oyunların yayımı ilə əlaqədar təşkilat komitəsilə müqavilə imzalamışdı.

Bakıda keçiriləcək Avropa Oyunları-2015-i dörd Rusiya kanalı yayımlayacaq.
Açılış və bağlanış mərasimləri, eləcə də mühüm yarışlar "Rossiya 2" ödənişsiz kanalında yayımlanacaq.

Avropa Oyunları tam həcmdə "Sport", "Sport 1" və "Boytsovski klub" kanalları ilə yayımlanacaq.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti