Milyonçu erməni məmur Bakıya gəlməyəcək

Milyonçu erməni məmur Bakıya gəlməyəcək
  08 İyun 2015    Oxunub:3397
Ermənistan Milli Olimpiya Komitəsinin (MOK) prezidenti Qaqik Çarukyan Bakı – 2015 Avropa Oyunlarına gəlməyəcək.
AzVision.az-ın məlumatına görə, Ermənistan idmanının birinci adamının Bakıya gəlməkdən imtina etməsi ölkə KİV-ni hiddətləndirib.

İragir.am saytı oxuculara “MOK rəhbəri Qaqik Çarukyan niyə Bakıya getmir?” sualı ilə müaricət edir: “Bizim idmançılar çətin vəziyyətdə olduğundan onun yumruğunun gücü lazım ola bilər. Bakı Paris,Pekin və ya London deyil. Əgər iştirak etmək barədə qərar qəbul edirsənsə, onda verdiyin vədə əməl etməlisən və idmançıları şəxsən müşayiət etməlisən”.

Qeyd edək ki, Ermənistanın ən varlı insanlarında olan Çarukyan daha əvvəl Ermənistan millisinin bütün xərclərini özünün ödəyəcəyini bəyan etmişdi.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti