Seçkidən sonra Ərdoğandan ilk açıqlama

Seçkidən sonra Ərdoğandan ilk açıqlama
  08 İyun 2015    Oxunub:2139
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı açıqlama verib.
AzVision.az xəbər verir ki, yazılı şəkildə yayılan açıqlamada deyilir:

“Ölkəmizdə keçirilən seçkilərin nəticələrini ölkəmiz və millətimiz üçün xeyirli olmasını diləyirəm. Millətimizin iradəsi hər şeydən üstündür. Nəticənin heç bir partiyaya tək başına iqtidar olmaq imkanı vermədiyi bir durumda yarışa qatılan bütün partiyaların bunu sağlam və real dəyərləndirmə kimi qəbul edəcəklərinə inanıram.

Seçkidən sonra başlayan yeni müddətdə ölkəmizdəki təhlükəsizlik və sabitlik mühitinin, demokratik dəyərlərin qorunması üçün bütün siyasi partiyaların lazım olan həssaslıq göstərməsi, məsuliyyətli davranış nümayiş etdirməsi böyük əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, dünən Türkiyədə keçirilən parlament seçkisinin nəticələrinə görə, hazırda hakimiyyətdə olan AKP yeni parlamentdə 258, CHP 132, MHP və HDP isə hərəyə 80 millət vəkili yeri qazanıb.


Teqlər:  





Xəbər lenti