`Kürdlərlə koalisiya qurmağa hazırıq` - AKP

`Kürdlərlə koalisiya qurmağa hazırıq` - AKP
  08 İyun 2015    Oxunub:4184
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) koalisiya hökuməti yaratmağa hazırdır.
AzVision.az-ın Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin baş nazirinin müavini Numan Kurtuluş bildirib.

“Hazırkı mərhələdə növbədənkənar seçkilərin keçirilməsi üçün əsas görmürük. Mövcud şərtlərdə koalisiya hökuməti yaratmağa cəhd edəcəyik. Və bu Xalqların Demokratik partiyası (HDP) olmadan mümkün deyil”, - deyə Kurtuluş bildirib.

Baş nazirin müavini əlavə edib ki, Türkiyənin yeni konstitusiyaya ehtiyacı var: “Biz xalqın fikrinə hörmət edirik. Biz xalqın seçiminə hörmət edərək yeni idarəetmə formasına keçməli və bütün demokratik islahatları yekunlaşdırmalıyıq”.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti