Türkiyədə YÖS ləğv edildi - Araşdırma başladı

Türkiyədə YÖS ləğv edildi - Araşdırma başladı
  08 İyun 2015    Oxunub:4357
Əcnəbi tələbələrin Türkiyədə təhsil alması üçün keçirilən məcburi imtahan (YÖS) ləğv edilib.
Buna imtahan suallarının “paralel yapı”ya aid olduğu bildirilən (Türkiyədə Fətullah Gülən tərəfdarlarının "paralel hakimiyyət” planları) şəxslərə paylandığı ilə bağlı iddia səbəb olub.

İddianı Süleyman Dəmirəl Universitetinin rektoru İlker Heseyin Çarıkçı qaldırıb. İlker Çarıkçının YÖS kordinatoru olaraq seçdiyi Haluk Songur imtahan verən şəxslərin əksəriyyətinin "paralel yapı"ya aid olduğu bildirilən ev və yataqxanalarda yaşadıqlarını müəyyənləşdirib. Songur imtahan verən tələbələrin bəzilərinin onlara sual kitabçaları verildikdən sonra "bizə yanlış kitabça verildi" reaksiyalarından şübhələndiklərini bildirib. YÖS imtahanlarının Azərbaycanla yanaşı ümumilikdə Əfqanıstan, Əlcəzair, Fil Dişi Sahili, Mərakeş, Qana, Kamerun, Qazaxıstan, Keniya, Mavritanya və Nigeriyanın da aralarında olduğu 26 ölkədə ləğv edildiyi bildirilir.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Fətullah Gülən arasında münasibətlərin gərginləşməsindən sonra qardaş ölkədə “gülən şəbəkəsi”nə qarşı ciddi mübarizə başlayıb. Ərdoğan təkcə Türkiyədə deyil, Fətullah Gülənin digər ölkələrdə, o cümlədən Azərbaycanda da dayaqlarının olduğunu bildirmişdi.
(ans)


Teqlər:  





Xəbər lenti