Davudoğlu qəzəbləndi: “Seçkidə məğlub olmamışıq”
AzVision.az xəbər verir ki, baş nazir rəqib partiyalara “kimsə seçkilərdə uduzmasından zəfər düzəltməyə çalışmasın. Hər kəs öz hesabını bilməlidir”-deyə səslənib.
Baş nazir daha sonra AKP-nin 13 illik fəaliyyətindəki çətinliklərdən söz açıb: “Hər cür maneə ilə qarşılaşdıq. Partiyamızı bağlamağa çalışdılar. Amma biz həmişə, “Milli iradə” dedik , həmişə, “Milli iradə” deməyə davam edəcəyik”.
Davudoğlu rəqiblərinə üz tutaraq bildirib ki, sevinməyə tələsməyin.
“Kimsə uduzduğu seçkidən özünü qalib kimi təqdim etməsin. Hamı öz hesabını bilməlidir. AKP 76 bölgədə millət vəkili çıxardı, 56 bölgədə birinci oldu”.
Davudoğlu çıxışında “bu bizim mübarizəmizin xülasəsidir”-deyə vurğulayıb: “AKP olaraq dövlətin varlığı və rifahı, vətənin dincliyi üçün növbə tutduq, bundan sonra da tutmağa davam edəcəyik. Millətimiz rahat olmalıdır. 12-13 ilin imtahlarından çətin dönəmlərdən keçmiş AKP üzvləri bu ölkədə sabitliyə, dincliyə zərər verilməsinə əsla icazə verməyəcək. Bu millətin gələcəyinin təminatı olmağa davam edəcək”.
Gültəkin