ABŞ Britaniyaya nüvə raketi yerləşdirir
Hemmon bu mümkün addımı Rusiya ilə münasibətlərdə müşahidə olunan gərginləşmənin artması ilə izah edib
Britaniyalı nazir vurğulayıb ki, bu qərar Vaşinqtonla birgə verilib: “Biz bu məsələdə amerikalılarla sıx əməkdaşlıq edirik”. Nazirin sözlərinə görə, hələlik qərar yalnız müzakirə mərhələsindədir. Hemmon eyni zamanda etiraf edib ki, ABŞ qanadlı raketlərinin Britaniya adalarına qayıtması yeni qızğın silahlanma yarışına səbəb ola bilər.
Eldar Tanrıverdiyev
Azvision.az