Əhmədinejat prezident seçkilərini pozmaqla hədələdi

Əhmədinejat prezident seçkilərini pozmaqla hədələdi
  19 Fevral 2013    Oxunub:1972
İran prezidenti Mahmud Əhmədinejat 2013-cü ilin iyununa təyin edilən prezident seçkilərini pozmaqla hədələyib.
Əhmədinejat sağ əli İsfəndiyar Rəhim Maşeyinin prezident seçkilərinə qədər azadlığa buraxılmayacağı təqdirdə seçkiləri ləğv edəcəyini açıqlayıb. “The Times”ın xəbərinə görə, bu barədə prezident bazar günü rəsmi saytında yayımlanan müraciətində yazıb.
“Əgər seçki prosedurunda islahatlar aparılmasa, namizədlər isə heç bir səbəb göstərilmədən seçkilərdən uzaqlaşdırılsa, mən bu seçkiləri qeyri-qanuni hesab edəcək və lazım gələrsə ləğv edəcəyəm”,-məktubda deyilir.
2013-cü ilin iyununda keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərin qeydə alınması prossesi mayda başlayacaq.
Rəhim Maşeyinin namizədliyi mühafizəkar dindarları narahat edir. Ali Hameneyi və tərəfdarları Maşeyinin seçiləcəyi təqdirdə eks prezident Mahmud Əhmədinejatın ölkənin siyasi həyatında aktiv rol oynamağa davam edəcəyindən və dörd il sonra yenidən prezident postuna qayıdacağından ehtiyatlanır. Belə ki, İran Konsitutsiyasına görə, bir nəfər ardıcıl olaraq iki dəfədən çox prezident seçilə bilməsə də dörd illik fasilədən sonra bu posta qayıda bilər.
Digər versiyalara görə, Maşeyi artıq indidən ölkənin faktiki lideridir və Əhmədinejat onun əlində sadəcə oyuncaqdır.



Teqlər:





Xəbər lenti