Milyarderlə 2,3 milyon dollarlıq nahar
Ötən gün hər il keçirilən Baffetlə nahar lotu üzrə internetdə baş tutan hərracın dəyəri 1,6 milyon dollara yüksəlməsi barədə xəbər yayılmışdı. Bu il lotda kompüter onlayn oyunları hazırlayan Çin şirkəti qazanıb.
Hərracın qalibindən əldə olunan gəlirlər kasıb və evsizlərə yardım edən `Glide Foundation` xeyriyyə cəmiyyətinin hesabına köçürülür. Qalib öz ilə birgə nahara maksimum 7 dostunu gətirə bilər.
2000-ci ildən bəri keçirilən hərraclarda rekord 2012-ci ildə qeydə alınıb. Belə ki, adını çəkilməsini istəməyən şəxs biznesmenlə nahara görə, 3,5 milyon dollar ödəmişdi. 2014-ü ildə isə hərracın qalibi Baffetlə nahara görə, 2 milyon 166 min dollar ödəyib.
Eldar Tanrıverdiyev
Azvision.az