Daha 6 ölkənin idmançıları Bakıda

Daha 6 ölkənin idmançıları Bakıda
  06 İyun 2015    Oxunub:3014
Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək İngiltərə, İsveç, İrlandiya, Bolqarıstan, Fransa, Sloveniya nümayəndə heyətləri Azərbaycana gəlib.
Onları Heydər Əliyev Hava Limanında “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar. Nümayəndə heyəti onlar üçün ayrılmış xüsusi avtobuslarla Atletlər kəndinə yola salınıblar.

Xatırladaq ki, iyunun 12-dən 28-dək davam edəcək 17 günlük yarışlara 49 ölkədən 6 mindən çox idmançı, 3 mindən artıq komanda rəsmisi qatılacaq. Yarışlar 20 idman növünü əhatə edir ki, bunların 16-sı Olimpiya növləridir.


Teqlər:  





Xəbər lenti