Suriyaya gedən 4 azərbaycanlı tutuldu

Suriyaya gedən 4 azərbaycanlı tutuldu
  06 İyun 2015    Oxunub:2009
Türkiyə-Suriya sərhəddində İŞİD terror qruplaşmasına qoşulmaq istəyən 4 azərbaycanlı saxlanılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə-Suriya sərhəddində sərhəddi qanunsuz olaraq keçmək istəyən bir qrup ələ keçirilib.

Həbs edilən 8 nəfərdən 4-ü kişi, 6-sı qadın, 8-i isə uşaqdır. Qrupda olanlardan 13-ünün Rusiya, 4-nünü Azərbaycan vətəndaşı olduğu bildirilir.

Onların arasında Türkiyə, İspaniya, Böyük Britaniya, ABŞ xüsusi xidmətlərinin axtardığı rusiyalı yeniyetmə Varvara Karaulava da var. Varvara 28 may tarixindən evdən çıxıb və bir daha geri qayıtmamışdı.

Azərbaycan vətəndaşlarının kimliyi açıqlanmayıb.


Teqlər:  





Xəbər lenti