İŞİD hökumət binasını ələ keçirdi
Liviya hökuməti faktı təsdiqləyərək bildirib ki, artıq hökumət binaları terrorçuların nəzarəti altındadır.
Qeyd edək ki, mayın sonunda İŞİD silahlıları Sirt şəhərinin hava limanını ələ keçirmişdi.
Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.
Eldar Tanrıverdiyev
Azvision.az