Dəhşətli gəmi qəzası: ölü sayı 396-ə çatıb - YENİLƏNİB

Dəhşətli gəmi qəzası: ölü sayı 396-ə çatıb - YENİLƏNİB
  06 İyun 2015    Oxunub:1869
Çinin Hubey əyalətində, Yantszı çayında “Şərq Ulduzu” sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 396-ə çatıb.
AzVision.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bundan əvvəl 345 nəfərin öldüyü bildirilirdi.

Qəzaya düşən gəmidən yalnız 14 nəfəri xilas etməyə mümkün olub.

Gəminin suyun üzünə qaldırılması əməliyyatı iki saat çəkib.

Hadisə yerində irimiqyaslı axtarış-xilasedici əməliyyat davam edir. Əməliyyata 180-i dalğıclar olmaqla 4 min nəfər, 110 gəmi, 5 helikopter və İL-76 təyyarəsi cəlb edilib.

Qeyd edək ki, teploxod batan zaman onun göyərtəsində 458 nəfər olub.

Xilas olmağa imkan tapan gəmi kapitanı və baş mühəndisin sözlərinə görə, gəmi güclü qasırğaya düşüb. Gəmi tez bir zamanda batıb.

Kapitan bildirib ki, gəminin göyərtəsində 47 ekipaj üzvü, 405 sərnişin və 5 tur agentliyi işçisi olub.

Teploxod Nankin şəhərindən Cunçin şəhərinə hərəkət edirmiş.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti