Səddam Hüseynin naziri öldü

Səddam Hüseynin naziri öldü
  06 İyun 2015    Oxunub:1838
Səddam Hüseynin silahdaşı, İraqın keçmiş vitse-prezidenti və xarici işlər naziri Tarik Əziz 79 yaşında həbsxanada vəfat edib.
Bu barədə TASS informasiya agentliyi məlumat yayıb.

Tarik Əziz 1974-1977-ci illərdə informasiya naziri, 1983-1991-ci illərdə xarici işlər naziri, 1979-2003-cü illərdə baş nazirin müavini postlarını tutmuşdu. O, Səddam Hüseyn hökumətində yeganə xristian idi.

2010-cu ildə Tarik Əziz şiə müsəlmanlara divan tutulmasında iştirakına görə edam cəzasına məhkum olunmuşdu. Amma o vaxt prezident Cəlal Tələbani həmin hökmü imzalamamış, onu faktiki olaraq əfv etmişdi.

Bir il sonra İraq Ali Məhkəməsi şiələrə qarşı digər cinayətlərlə bağlı Tarik Əzizi ömürlük həbs cəzasına məhkum etmişdi. O, həbsxanada bir sıra ağır xəstəliklərdən əziyyət çəkirdi. 2010-cu ildə insult keçirmiş və dili tutulmuşdu. 2013-cü ildə Roma Papasına müraciət edərək, barəsində çıxarılmış edam cəzasının icrasını tezləşdirməyə yardım göstərməsini xahiş etmişdi.


Teqlər:





Xəbər lenti