`Qərib Qərb` teleefirdə - VİDEO

`Qərib Qərb` teleefirdə - VİDEO
  04 İyun 2015    Oxunub:1812
Bu gündən Azad Azərbaycan Televiziyası (ATV) jurnalist Eynulla Fətullayevin “Qərib Qərb” silsiləsindən olan sənədli filmlərinin nümayişinə başlayacaq.

Xatırladaq ki, E.Fətullayev ötən il əcnəbi ekspertlərin, jurnalistlərin və operatorların daxil olduğu müstəqil çəkiliş qrupu ilə ABŞ-ın, Almaniyanın, İsveçin, Danimarkanın, Norveçin və digər Qərb ölkələrinin insan haqlarının müdafiəsi ilə məşğul olan institutlarında olub və onların bu sahədəki fəaliyyətini araşdırıb.

Jurnalist həmin araşdırmalarının nəticəsi olaraq 7 sənədli film hazırlayıb. Beləliklə, iyunun 4-də, saat 21.30-da ATV həmin silsilədən olan “Avropanın oğurlanması” («Похищение Европы») adlı ilk filmi nümayiş etdirəcək.

Film islamofobiya problemlərinə-məscidlərə hücumlara, müsəlmanlara qarşı ayrı-seçkiliyə və Skandinaviya ölkələrində islam qismində düşmən obrazı yaradılması təşəbbüslərinə və cəhdlərinə həsr olunub.




Teqlər:





Xəbər lenti