Putin “Bakı-2015”ə görə rus telekanallarını tənqid etdi - VİDEO

Putin “Bakı-2015”ə görə rus telekanallarını tənqid etdi - VİDEO
  03 İyun 2015    Oxunub:13544
Rusiya prezidenti Vladimir Putin Azərbaycanda keçiriləcək I Avropa Oyunlarına görə rus telekanallarının rəhbərlərini sərt şəkildə tənqid edib.

Bu barədə AzVision.az “RBK”ya istinadən xəbər verir.

Bədən tərbiyyəsi və idmana həsr edilən yığıncaqda Putin qeyd edib: “İndicə mənə Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov bildirdi ki, Rusiyanın heç bir kanalı Azərbaycanda keçiriləcək I Avropa Oyunlarını yayımlamaq istəmir. Axı bu, necə ola bilər? Bu yarış dünya səviyyəsində olan bir yarışdır. Mən anlayıram büdcə vəziyyəti ilə əlaqədar məhdudiyyətlər var. Lakin vacib məsələlər var. Bu dünya idman tarixinə düşəcək bir hadisədir. Tarixdə ilk Avropa Olimpiya Oyunlardır”.

Qeyd edək ki, I Avropa Oyunları Azərbaycanda iyun ayının 12-28-də keçiriləcək.

Eldar Tanrıverdiyev
Azvision.az





Teqlər:  





Xəbər lenti