Ermənilər Azərbaycanla İsrailin arasını vurmaq istəyir

Ermənilər Azərbaycanla İsrailin arasını vurmaq istəyir
  03 İyun 2015    Oxunub:1857
Kənar adam Qafqaz regionunda münasibətlərin bütün çətinliyini və Azərbaycanla İsrail xalqının sıx əlaqələrini anlaya bilməz.
Trend-in məlumatına əsasən, bu barədə "Jewishpress.com" saytında dərc olunan məqalədə deyilir.

ABŞ-da fəaliyyət göstərən “Qarabağ Fondu”nun icraçı direktoru Diana Koen Altman yazır ki, uzun illər maraqlar şousu təşkil edən milli diasporların sədəqəsi sayəsində dünya mətbuatı regionun tarixi və müasir problemləri ilə manipulyasiya edir.

D.Altman qeyd edir ki, yaxşı təşkil edilmiş erməni diasporunun bəzi fəalları İsrail və Azərbaycan arasına nifaq salmağa çalışır və əvəzində İsrailin Ermənistanla birləşməli olduğunu israr edirlər.

Müəllifin sözlərinə görə, belə vəziyyətdə, İsraillə Azərbaycanın çoxəsrlik dostluğunu unutmamaq lazımdır: “Əsrlər boyu Azərbaycanda yaşayan yəhudilər hökumət, mədəniyyət, biznes və cəmiyyətin yüksək təbəqələrində aparıcı rol oynayıblar. Hesablamalara görə, bu gün Azərbaycanda 25 min yəhudi yaşayır və ölkədə antisemitizm yoxdur”.

Məqalədə deyilir ki, ermənilər Türkiyədə 1915-ci il hadisələrindən danışmaqla və bu hadisələri yəhudilərin "Holokost"u ilə müqayisə etməklə davam edən Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlılara qarşı törətdikləri dəhşətli təcavüz faktlarını unudurlar: "Ən dəhşətlisi isə 1992-ci ildə azərbaycanlıların Xocalıdakı soyqırımı zamanı dinc sakinlərin vəhşicəsinə öldürülməsi oldu".

D.Altman yazır ki, bu soyqırımın bəzi təşkilatçıları hazırda Ermənistanın liderləri olan şəxslər, o cümlədən Ermənistan prezidenti məsuliyyətə cəlb edilməyib.

Müəllif hesab edir ki, İsrail və onun müttəfiqləri uzaqgörən hakimiyyəti və zəngin tolerantlıq təcrübəsi olan, sürətlə inkişaf edən gənc ölkəyə daha çox diqqət ayırmalıdır.


Teqlər:





Xəbər lenti