BMT Azərbaycanın təklifinə `HƏ` dedi

BMT Azərbaycanın təklifinə `HƏ` dedi
  02 İyun 2015    Oxunub:2793
BMT-nin Ümumdünya Turizm Təşkilatının ötən ilin oktyabrında Səmərqənddə keçirilən iclasında Azərbaycanın təklif etdiyi qətnamə bu ilin mayın 28-29-da Xorvatiyada keçirilən iclasda qəbul edilib.
AzVision.az-ın məlumatına görə, Azərbaycanın BMT-yə təqdim etdiyi layihə “Münaqişə zonalarının turizm sahəsində qanunsuz təbliğinin qarşısının alınması” adlanır.
Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyi bu gün tədbir keçirib.

Tədbirdə bildirilib ki, bu qərar münaqişəli ərazilərin Azərbaycan üçün ən əsası Ermənistan tərəfindən işğal edilmiş ərazilərin xarici turizm sərgilərində və digər yollarla təbliğinin alınması üçün istinad ediləcək beynəlxalq sənəddir. Qərar bilavasitə Turizm üzrə Qlobal Etika Kodeksinə, həmçinin BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurasının bütün etika prinsiplərinə əsaslanır və turistlərin təhlükəsizliyi, ölkələrin suverenliyinə hörməti təşviq edir.

Qərar BMÜTT-nin üzv ölkələrinin xarici işlər və turizm sahəsinə məsul nazirliklərinə, beynəlxalq turizm sərgilərinin təşkilatlarına, ölkəmizin xaricdə və xarici ölkələrin ölkəmizdəki səfirliklərinə göndəriləcək.

Gültəkin ƏLƏSGƏR


Teqlər:  





Xəbər lenti