Sarkisyan seçildi, amma necə...

Sarkisyan seçildi, amma necə...
  19 Fevral 2013    Oxunub:2320
Ermənistanın hazırki rəhbəri Serj Sarkisyan ikinci müddətə prezident seçlib. O, 58,64 faiz səs toplayıb.
1988 seçki məntəqəsinin hamısında səslərin hesablanmasından sonra məlum olub ki, 861.167 min seçici (58.64%) Sarkisyana səs verib. İkinci yerdə 36,75 faiz səslə (539,672 min seçici) Ermənistan XİN-in ilk rəhbəri (1991-92-ci illər) Raffi Ovannisyandır.Üçüncü yerdə böyük geriləmə ilə - 2,15 faiz (31,643 min) sabiq baş nazir Qrant Baqratyan gəlir. Paruyr Hayrikyana seçicilərin 1,23 faizi (18,093 min) səs verib. Andrias Qukasyan 0,57 faiz (8,328 min), Vardan Sedrakyan - 0,42 faiz (6,203 min), Arman Məlikyan isə 0,24 faiz (3,516 min) səs toplayıb.

Xatırladaq ki, fevralın 1-də prezidentliyə namizədlərdən biri, Paruyr Ayrikyana sui-qəsd edilib. Çiynindən yaralanan Ayrikyan, haqqı çatsa da seçkilərin iki həftə təxirə salınması ilə bağlı müraciət etməkdən imtina edib.

Hazırki prezident Serj Sarkisyan 30 iyun, 1954-cü ildə anadan olub Azərbaycanın Dağlıq Qarabağ muxtar vilayətinin Xankəndi şəhərində anadan olub. 1979-cu ilə Yerevan Universitetinin filologiya fakultəsini bitirib.

1979-cu ildən 1988-ci ilədək partiya işlərində çalışıb, 1990-1993-cü illərdə Ermənistan Parlamentinin deputatı olub. 2007-2008-ci illərdə isə hökumətə başçılıq edib.

19 fevral, 2008-ci ildə Sarkisyan ilk dəfə, 52.82% səslə Ermənistan prezidenti seçilib. Ermənistanın Respublika partiyasının rəhbəridir.


Teqlər:  





Xəbər lenti