Azərbaycan-Avstriya Biznes Forumu keçiriləcək

Azərbaycan-Avstriya Biznes Forumu keçiriləcək
  27 May 2015    Oxunub:1588
İyunun 3-də Avstriyanın Elm, tədqiqat və iqtisadiyyat nazirinin xarici iqtisadi siyasət və Avropa inteqrasiyası üzrə müavini Bernadette Qierlinqerin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Bakı şəhərində Azərbaycan-Avstriya Biznes Forumunun keçirilməsi nəzərdə tutulur.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AzVision.az-a verilən məlumata görə, biznes forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 15 Avstriya şirkətinin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, forum Bakı Biznes Mərkəzində (ünvan: Neftçilər prosp., 32) keçiriləcək. İştirakçıların qeydiyyatı saat 09:30-da başlayacaq.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti