Lavrov Avropa Oyunları ilə bağlı gözləntilərini açıqladı

Lavrov Avropa Oyunları ilə bağlı gözləntilərini açıqladı
  25 May 2015    Oxunub:1812
Üç həftə sonra Bakıda tarixdə ilk Avropa Oyunları start götürəcək. Bu Oyunlarda Rusiya Federasiyasının idman və dövlət heyəti iştirak edəcək.
AzVision.az `TASS` agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə Moskvada keçirilən görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

“Biz azərbaycanlı dostlarımıza bu tədbirin keçirilməsində səmimi olaraq uğurlar arzu edirik və göstərinin heyranedici olacağına, bizi yüksək idman nailiyyətləri ilə sevindirəcəyinə ümid edirik”, - Lavrov vurğulayıb.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti