`Münaqişəni həll etmək lazımdır` - Məmmədyarovdan Kremlə tələb
“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirilən optimist fikirləri dəstəkləyirəm. Məsələ var, problem var və onu həll etmək lazımdır. Onun həlli artıq yetişib”, - deyə Elmar Məmmədyarov bildirib.
Azərbaycan XİN rəhbəri `Şərq Tərəfdaşlığı` proqramı ilə bağlı danışarkən qeyd edib ki, onun ölkəsi Avropa İttifaqı (Aİ) ilə ikitərəfli əlaqələr qurmaq niyyətindədir.
“”Şərq Tərəfdaşlığı” proqramından iştirak edən 6 ölkədən üçü assosiasiya çərçivəsində, daha ikisi isə azad ticarət zonası yaradılması ilə əlaqələrin inkişaf etdirilməsini seçiblər. Üçüncü qrup – Azərbaycandır. Azərbaycan Aİ ilə əməkdaşlığı ikitərəfli əlaqələr səviyyəsində qurur”.
Məmmədyarov, həmçinin bəyan edib ki, Azərbaycan `Şərq Tərəfdaşlığı`nın Riqa bəyannaməsinə Dağlıq Qarabağ münaqişəsinin həlli formasını daxil etmək istəyib.
Eldar Tanrıverdiyev
Azvision.az