Məmmədyarov Lavrovla görüşüb - Fotolar

Məmmədyarov Lavrovla görüşüb - Fotolar
  25 May 2015    Oxunub:2040
Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri - Sergey Lavrov və Elmar Məmmədyarov arasında ikitərəfli görüş başlayıb.
S. Lavrov görüşün əvvəlində Bakıda yaşayış binasında baş vermiş faciə ilə əlaqədar Azərbaycan tərəfinə başsağlığı verib.

Rusiyalı nazir iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib: “Bugünkü görüşümüz çox məhsuldar olacaq. Görüşdə ikitərəfli münasibətlərin geniş spektri, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə ediləcək”.

E. Məmmədyarov Moskvada səfərdə olmasından məmnunluğunu ifadə edib. İki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu söyləyən nazir Rusiya ilə Azərbaycan arasında tarixi əlaqələrin mövcud olduğunu vurğulayıb: “Hər iki ölkə arasında ticarət dövriyyəsinin həcmi ildən ilə artır. Ölkələr arasında beynəlxalq tədbirlərdə də səmərəli əməkdaşlıq mövcuddur”.

Daha sonra görüş bağlı qapılar arxasında davam etdirilib. Nazirlərin görüşdən sonra birgə mətbuat konfransı keçirəcəyi planlaşdırılıb.
(Apa)

Qalereya




Teqlər:  





Xəbər lenti