Putin Polad Bülbüloğluna `Şərəf` ordeni verdi

Putin Polad Bülbüloğluna `Şərəf` ordeni verdi
  21 May 2015    Oxunub:2718
Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu Rusiyanın “Şərəf” ordeni ilə təltif olunub.
AzVision.az `kremlin.ru` saytına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bununla əlaqədar sərəncam imzalayıb.

Qeyd edək ki, bu gün Kremldə keçirilən mərasim zamanı təltif edilən şəxslərə Rusiya dövlət mükafatları təqdim edilib.

Ümumilikdə 40 nəfər Rusiya ali dövlət mükafatlarına layiq görülüb. Onların arasında elm və mədəniyyət xadimləri, siyasətçilər, diplomatlar, idmançılar, kosmonavtlar və iş adamları var.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti