“Hürriyət” qəzeti Ərdoğana 20 min uduzdu

“Hürriyət” qəzeti Ərdoğana 20 min uduzdu
  21 May 2015    Oxunub:1805
Türkiyənin “Hürriyət” qəzeti ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana 20 min türk lirəsi mənəvi təzminat ödəyəcək.
AzVision.az xəbər verir ki, bu barədə Ankara 5 saylı Hüquq məhkəməsi qərar çıxarıb.

Bu qərara səbəb qəzetin 25 avqust 2014-cü il tarixində dərc etdiyi yazıda Ərdoğanın hüquqlarının pozulması olub.

Belə ki, Ərdoğanın vəkili Müəmmar Camaloğlu adı çəkilən yazının mətbuat azadlığı həddini aşdığını və təhqir dolu olduğunu deyib.

Məhkəməyə sədrlik edən hakim Səlma Durdu şikayəti qismən qəbul edib və qəzetin prezidentə 20 min türk lirəsi mənəvi təzminat ödəməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan “Hürriyət” qəzetinin idarə heyətinin sədri Vuslat Doğan Sabancı və qəzetin yazarı Mhemet Yılmazı barəsində dərc olunan yazıya görə məhkəməyə verib və onlardan 100 min türk lirəsi təzminat tələb edib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti