Nalbandyan və erməni deputatlar Suriyaya gedir

Nalbandyan və erməni deputatlar Suriyaya gedir
  21 May 2015    Oxunub:2063
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan və deputatlardan ibarət nümayəndə heyəti yaxın günlər Suriyaya səfər edəcək.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Hökumətinin iclası zamanı diaspora naziri Qranuş Akopyan bildirib.

Onun sözlərinə görə, nümayəndə heyəti Suriyada yaşayan ermənilərin vəziyyəti ilə tanış olacaq və onlara hansı yardımın edilə biləcəyi məsələsini yerində araşdıracaq.

Nazir bildirib ki, hazırda Hələbdə yaşayan ermənilərin vəziyyəti yaxşılaşıb:`Elektrik və su verilişi bərpa olunub. Çətinliklərə baxmayaraq, ermənilərin müəyyən hissəsi şəhəri tərk etməyib. Digər ermənilər isə Suriyanın daha təhlükəsiz ərazilərinə köçüblər`.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti