Donald Tusk İlham Əliyevə zəng edib
Azərbaycan prezidenti başsağlığına və göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri ilə bağlı məsələlər müzakirə edilib. Möhkəm təməllər üzərində qurulmuş bu əlaqələrin hazırda siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdirilməsi məmnunluqla qeyd olunub.
Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivləri ətrafında da fikir mübadiləsi aparıblar.
Dövlət başçısı Donald Tusku Azərbayana rəsmi səfərə dəvət edib. Dəvət qəbul olunub.
AzVision.az