Kokain daşıyan təyyarə qəzaya uğradı

Kokain daşıyan təyyarə qəzaya uğradı
  21 May 2015    Oxunub:1700
Venesuelladan yola düşən və narkotik maddə ilə yüklənmiş təyyarə Kolumbiya ərazisində qəzaya uğrayıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hawker 800 tipli təyyarə yerli vaxtla 02:30-da Qəraib dənizinə düşüb.

Hava qüvvələrinə məxsus reaktiv təyyarələrin təqibindən qaçmağa çalışan pilot manevr etmək istəyib və bu zaman mühərriklərdən birinin xarab olması nəticəsində təyyarə qəzaya uğrayıb.

Dənizdə təyyarənin dağıntılarını araşdıran xilasedicilər pilotun cəsədi ilə yanaşı bir neçə paketin içində 1,2 kokain aşkarlayıb.

Qeyd edək ki, bu bölgədə keçirilən əməliyaytlar nəticəsində 2013-cü ildən bəri 90 kiçik təyyarədən 180 tondan çox kokain ələ keçirilib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti