Şagirdlərə yeni xəbər var

Şagirdlərə yeni xəbər var
  29 May 2013    Oxunub:1055
IX və XI sinif şagirdlərinin imtahana buraxılış vərəqələri TQDK-nın rəsmi saytında yerləşdirilib.
AzVision.az TQDK-nın rəsmi saytına istinadən xəbər verir ki, 2013-cü il iyun ayının 2-də və 7-də buraxılış imtahanı verəcək orta ümumtəhsil müəssisələrinin IX və XI sinif şagirdlərinin imtahana buraxılış vərəqələrihttps://azvision.az/redirect.php?url=http://tqdk.gov.az/brxvbi/ saytında yerləşdirilib.

Şagirdlər iş nömrəsi və ya şəxsiyyət vəsiqəsinin nömrəsindən və doğum tarixindən ( nümunə: 28/01/1993) istifadə etməklə imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Təhsil müəssisələrinin əlaqələndiriciləri də istifadəçi ad və parolla öz şagirdlərinin imtahana buraxılş vərəqələrini çap edə bilərlər.

AzVision.az



Teqlər:  





Xəbər lenti