Kim Çen In xalasını zəhərləyib öldürdü

Kim Çen In xalasını zəhərləyib öldürdü
  12 May 2015    Oxunub:2403
Şimali Koreya diktatoru Kim Çen In ötən il öz doğma xalasını zəhərləyib.
AzVision.az-ın məlumatına görə, bu barədə “CNN” telekanalı bu ölkədən qaçan mənbəyə istinadən xəbər verir.

Məlumata əsasən, koreyalı diktator 2014-cü ilin may ayında öz xalası Kim Qen Hinin öldürülməsini əmr edib.

Qeyd edək ki, bundan bir neçə ay əvvəl Kim Çen Inın əmri ilə əmisi və xalasının əri Çan Son Txek edam edilib

“Kim Qen Hi öz ərinin ölümündən sonra əsəbiləşmişdi. O, demək olar ki, ictimaiyyət qarşısına çıxmırdı. Cangüdənlər evini mühasirəyə almışdı və o, aylarla orada qalırdı”, - deyə mənbə vurğulayıb.

Qeyd edək ki, 2013-cü ilin dekabrında Şimali Koreyada ölkənin totalitar lideri Kim Çen Inın əmisi Çan Son Txek edam edilib.

Bir neçə gün əvvəl Çan Son Txek birbaşa hakim partiyanın toplantısı gedişində Dövlət Müdafiə Komitəsinin sədri vəzifəsindən alınaraq həbs edilmiş, ona qarşı hakimiyyəti devirmək məqsədilə qruplaşma yaratmaq ittihamı irəli sürülmüşdü.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti