Ermənistanda kişi qalmayıb

Ermənistanda kişi qalmayıb
  11 May 2015    Oxunub:5141
Ermənistandan mühacirət maksimuma çatıb.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Memarlar İttifaqının sədri Mkrtıç Minasyan bildirib.

Əsas günahkarın Serj Sarkisyan hakimiyyətinin olduğunu deyən Minasyan deyib ki, hazırki iqtidarın hakimiyyəti dövründə Ermənistan əhalisi təxminən 1 milyon nəfər azalıb.

“Statistikaya görə, hazırda Ermənistanda təxminən 2,9 milyon adam qeydiyyatdadır. Amma onların 840 mini rəsmi əmək miqrantı kimi Ermənistanı tərk edib. Yəni statistikaya inanılarsa, hazırda Ermənistanda 2 milyon adam yaşayır. Siz hesab edin ki, kişilərin sayı hədsiz azalıb. Hər kəs dolanmaq üçün ölkəni tərk edir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti