“Vətəndaşlarımız təhvil verilməyib”

“Vətəndaşlarımız təhvil verilməyib”
  28 May 2013    Oxunub:1124
İran Azərbaycan vətəndaşlarını buraxmayıb
Təbrizdə saxlanmış Azərbaycan vətəndaşları Xalidə Xalid və Şamxal Hüseynov hələ də Azərbaycan tərəfinə təhvil verilməyib.
Bunu Apa-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

“Təəssüf ki, vətəndaşlarımız hələ də Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna təhvil verilməyiblər. Baş Konsulluğumuz vəziyyəti aydınlaşdırmaq üçün İran tərəfi ilə təmasları davam etdirir”.

E. Abdullayev həmçinin onu da qeyd edib ki, ölkəmizin Təbrizdəki Baş Konsulluğunun Azərbaycan vətəndaşları ilə görüşmək üçün etdiyi müraciəti hələ də cavabsız qalıb.

Xatırladaq ki, Xalidə Xalid və Şamxal Hüseynov aprelin 30-da Təbrizdə saxlanıb. Azərbaycan tərəfinin verdiyi iki notadan sonra İran Xarici İşlər Nazirliyi soydaşlarımızın qanunsuz fəaliyyətə görə saxlandığını açıqlayıb. Bu həftə isə İran tərəfi Xalidə Xalid və Şamxal Hüseynovun azad ediləcəyini açıqlayıb.


Teqlər:





Xəbər lenti