Rəsulzadənin nəvəsindən bayram təbriki

 Rəsulzadənin nəvəsindən bayram təbriki
  28 May 2013    Oxunub:1079
Rəis Rəsulzadə :“Bu ildə ənənəmizə sadiq qalacayıq”
Hər il olduğu kimi bu il də Azərbaycan Xalq Cumhuriyyətinin yarandığı günü Novxanıda qeyd edəcəyik. Bunu Azvision.az –a açıqlamasında AXC-nin yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, əməkdar rəssam Rəis Rəsulzadə deyib. O bildirib ki, bu gün münasibəti ilə tarixçi alim Nəsiman Yaqublu ilə birgə Novxanıda təşkil olunmuş tədbirə qatılacaqlar.

“Biz ildə iki dəfə Novxanıda Məhəmməd Əmin Rəsulzadənin heykəli qarşısına toplanıb həm Cumhuriyyətimizin yaranmasını, həm də ki, Rəsulzadənin doğum günü qeyd edirik. Bu il də ənənəmizə sadiq qalacayıq. Mən həmçinin sizin vasitənizlə bütün Azərbaycan xalqını təbrik edirəm”.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti