Xalidə Xalid və sürücüsü 3-4 günə təhvil veriləcək

Xalidə Xalid və sürücüsü  3-4 günə  təhvil veriləcək
  27 May 2013    Oxunub:1125
İranda həbsdən azad olunan Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov yaxın 3-4 günə Azərbaycanın Təbrizdəki konsulluğuna təhvil veriləcək.

Bunu ISNA agentliyinə İranın Azərbaycandakı səfirliyində adının açıqlanmasını istəməyən diplomat deyib.

Diplomatın sözlərinə görə, hazırda onların təhvil verilməsi prosedurları həyata keçirilir.

Xatırladaq ki, aprelin 30-da İranda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAT tərəfindən saxlanılıblar. Azərbaycan tərəfi bununla bağlı İrana iki nota verib.(trend)


Teqlər:  





Xəbər lenti