Əcnəbilər 7 uşağımızı aparıb

Əcnəbilər 7 uşağımızı aparıb
  27 May 2013    Oxunub:1442
“Adətən 3-4 yaşından aşağı olan uşaqlar seçilir”
“2013-cü il başlayandan indiyənə kimi əcnəbilər tərəfindən 7 övladlığa götürmə faktı qeydə alınıb”. Bu sözləri AzVision.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Möhsümova deyib. Komitə rəsmisi bildirib ki, bu uşaqların 4-ü qız,3-ü oğlandır.

“2007-2013-cü illər ərzində komitə tərəfindən 38 ailəyə övladlığa uşaq verilib. Bu ailələr əsasən, Rusiyada yaşayan azərbaycanlılardır. 2011-ci il üzrə 8 övladığa götürən ailə olub. O ailələrin 4-ü Rusiya vətəndaşlarıdır, yəni Rusiyada yaşayan azərbaycanlılarmızdır. Biri türk vətəndaşı ilə ailə quran azərbaycanlıdır. Biri isə təbriz əsili azərbaycanlıdır, Fransada yaşayır”
V.Möhsümovanın sözlərinə görə, ötən il ərzində 8 övladlığa götürmə faktı olub. Bu ailələrdən 6-sı Rusiyada yaşayan azərbaycanlılardır.

“2013-cü il üzrə isə 7 övladlığa götürmə prosesi olub. Bu ailələrin 3-ü Rusiyada yaşayan azərbaycanlılardır. Biri Azərbaycanda yaşayan və İran İslam Respublikasının vətəndaşı, Təbriz əsilli azərbaycanlı ilə ailə qurub. Biri isə türk vətəndaşı ilə ailə quran azərbaycanlı olub.

Komitə sözçüsü əlavə edib ki, övladlığa götürmə prosesində komitə ən çox uşağın mənafeyinə uyğun ailələrin seçilməsinə üstünlük verir. “Azərbaycanlı ailələr həmişə öz qohumlarından övlad götürürlər. Amma ümumi prinsiplərə əsasən,biz ailələrin əsasən, uşaqlara uyğun seçilməsini vacib götürürük.
V. Möhsümova bildirib ki, övladlığa götürmədə azyaşlı uşaqlara üstünlük verilir. : “Adətən ,3-4 yaşından aşağı olan uşaqlar seçilir. Amma çox az halda yaş böyük də ola bilir. Məsələn, birinci nigahdan qadının bir qızı var, yaşı böyükdür. Onuncu sinifdə oxuyur. Şəxsiyyət vəsiqəsi almağa çalışır. İstəyir ki, vəsiqədə ikinci həyat yoldaşının familiyası qeyd olunsun. Ona görə də həyat yoldaşı tərəfindən qızının övladlığa götürülməsini istəyir. .Həyat yoldaşı türk oduğu üçün bu, beynəlxalq övladlığa verilmə prosesi kimi həyata keçirilir”

Övladlığa verilən uşaqların sağlamlıq durumuna gəlincə, komitə rəsmisi bildirib ki, 7 uşağın ikisi qüsurlu, qalanları isə sağlamdır : “Rusiya,Türkiyə,İran İslam Respublikası vətəndaşları tərəfindən götürülən uşaqlar sağlamdırlar. İki xarici vətəndaşa verilən uşaq qalır ki,onlar fiziki qüsurludurlar”

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti