Canlı efirdə jurnalisti soydular – VİDEO
Canı yayım zamanı etirazçılardan biri jurnalistin çantasını götürür və qaçmağa başlayır. Elə həmin an efirdə qadın səsi ilə söylənilən, əsl rus kəlməsi “Suka!” eşidilir. Daha sonra “Russia Today”ın müxbiri ingiliscə “Give me bag!” qışqıra-qışqıra oğrunun arxasıncına qaçmağa başlayıb.
Xoşbəxtlikdən oğrunun qaçdığı istiqamətdə ABŞ polisi olub və onlar oğrunu zərərsizləşdiriblər. Efirdə onların afroamerikalıdan qadının çantasının harda olduğunu soruşduqları aydın şəkildə eşidilir.
Xatırladaq ki, Baltimor əhalisi qaradərili Freddi Qreyin polis tərəfindən saxlanılması zamanı həyatını itirməsinə etiraz əlaməti olaraq küçələrə çıxıb. Nümayiş sonradan iğtişaşlar və qarşıdurmalarla nəticələnib.
Şəhərdə fövqəladə vəziyyət və komendant saatı rejimi elan edilib, məktəblərdə məşğələlər dayandırılıb.
Eldar Tanrıverdiyev
AzVision.az